Rüşvət veriblər?

7 Aprel 2020 19:16 Dünya futbolu 517
Rüşvət veriblər?

ABŞ məhkəməsi FİFA-ya qarşı yeni iddialar irəli sürüb.

Sportinfo.az xəbər verir ki, iddialar Nyu-York şəhərinin şərqi rayon məhkəməsi tərəfindən irəli sürülüb.

Bu barədə məlumatı ABŞ-ın Ədliyyə Departamentinin rəsmi saytı yayıb. İddia olunur ki, Rusiya və Qətər DÇ-2018 və DÇ-2022-yə ev sahibliyi etmək üçün FİFA məmurlarını rüşvətlə ələ alıblar.

Qeyd olunur ki, FİFA-nın sabiq vitse-prezidenti Cek Uorner Rusiyadan 5 milyon dollar rüşvət alıb. Qurumun icariyyə komitəsində təmsil olunan Rafael Salqero isə Rusiyanın lehinə səs verdiyi üçün 1 milyon dollar alıb.

Braziliya Futbol Konfederasiyasının sabiq prezidenti Rikardo Teyşeyra isə Qətərin lehinə işlədiyi üçün rüşvət alıb. FİFA-nın sabiq vitse-prezidenti Nikolas Leoza qarşı da eyni ittiham irəli sürülüb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?