Koronavirusa yoluxan məşhur futbolçu palatada məşq etdi - VİDEO

28 Mart 2020 23:00 Dünya futbolu 691
Koronavirusa yoluxan məşhur futbolçu palatada məşq etdi - VİDEO

Koronavirusa yoluxan məşhur futbolçu Maruan Fellaini xəstəxana palatasında məşqi ilə bağlı görüntüləri yayıb.

Sportinfo.az xəbər verir ki, o, videonu “Instagram” səhifəsində paylaşıb.

“Xəstəxanadayam, lakin günü-gündən güclənirəm”, - deyə, yazıb.

Çinin “Şandun Lunen” klubunun belçikalı futbolçusu və 2018-ci il dünya çempionatının bürünc mükafatçısı olan Fellaini hazırda Tszinan xəstəxanasındadır.

Fellaini İngiltərə Premyer liqasında çıxışı ilə tanınıb. Müxtəlif illərdə o, “Everton” və “Mançester Yunayted”də oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM