"Federasiya prezidentinə deməliyəm ki, mənə 15 illik müqavilə təklif etsin, imzalayacam"

16 İyul 2024 10:00 Dünya futbolu 2 740
"Federasiya prezidentinə deməliyəm ki, mənə 15 illik müqavilə təklif etsin, imzalayacam"

Argentina millisinin baş məşqçisi Lionel Skaloni Amerika kubokunun finalında Kolumbiya yığmasını məğlub etdikdən (1:0) sonra gələcəyi ilə bağlı sualı cavablandırıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, daha 15 il də bu komandada qala biləcəyini söyləyib:

“Müqaviləmin müddəti daha iki ildir. Federasiya prezidentinə deməliyəm ki, mənə 15 illik müqavilə təklif etsin və mən onu imzalayacam”.

Argentina millisi Lionel Skaloninin rəhbərliyi altında ardıcıl ikinci dəfə Amerika kubokunu qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti