Messinin birinci olduğu siyahıda Ronaldo “25-liy”ə düşmədi

14 Sentyabr 2025 21:40 Dünya futbolu 530
Messinin birinci olduğu siyahıda Ronaldo “25-liy”ə düşmədi

“İnter Mayami”nin hücumçusu Lionel Messi Avropanın 5 ən güclü çempionatında rəqib qapıları qarşısında ən çox qol vəziyyəti yaradan futbolçu kimi birinci yerə çıxıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Statmuse” portalı məlumat yayıb.

2015/16 mövsümündən etibarən aparılan statistikaya görə, Messi “Barselona” (La Liqa) və PSJ (Liqa 1) komandalarında toplam 301 oyunda 226 qol imkanı yaradıb.

İkinci yerdə Kevin de Bruyne gəlir. O, “Mançester Siti”də çıxış etdiyi müddətdə 323 oyunda 222 qol imkanı yaradıb.

İlk 3-lüyü “Bayern”in sabiq hücumçusu Tomas Müller tamamlayır, o, 338 oyunda 171 şans yaradıb.

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo “25-liy”ə belə, daxil olmayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti