“Ən yaxşı futbolçu hələ də Messidir, onun səviyyəsində başqası yoxdur”

14 Sentyabr 2025 13:10 Dünya futbolu 586
“Ən yaxşı futbolçu hələ də Messidir, onun səviyyəsində başqası yoxdur”

“Barselona”nın və İspaniya millisinin sabiq futbolçusu Qaiska Mendieta hazırda “Inter Mayami”də çıxış edən Lionel Messi barədə fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, argentinalı forvardı dünyanın ən yaxşı futbolçusu adlandırıb:

“Ən yaxşı futbolçu hələ də Messidir, onun səviyyəsində başqa oyunçu yoxdur. O, futbolu, istedadı, ustalığı və gözəlliyi təcəssüm etdirir…

Messi bizim futbol anlayışımızın canlı nümunəsidir. Uzun müddət keçməlidir ki, onun mövqeyini əvəzləyəcək kimisə görək”.

38 yaşlı Messi karyerası ərzində 8 dəfə “qızıl top”un sahibi olub. O, 2022-ci ildə Argentina millisi ilə dünya çempionu tituluna yiyələnib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"