
“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Benfika” Portuqaliya çempionatında 4-cü tur oyuna çıxıb.
Sportinfo.az xəbər verir ki, komanda evdə “Santa Klara” ilə qarşılaşıb.
Matç 1:1 hesabı ilə başa çatıb.
“Benfika”nın qolunu Vangelis Pavlidis vurub (59). "Santa Klara"nın heyətində Vinisius Lopes fərqlənib (90+3).
Hazırda “Benfika” 4 turdan sonra 10 xalla 2-ci sıradadır.
“Qarabağ”la "Benfika" arasındakı görüş sentyabrın 16-da Portuqaliyada keçiriləcək.