
"Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Benfika" (Portuqaliya) yeni transferini açıqlayıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
18 yaşlı yarımmüdafiəçi Federiko Koletta ilə 2028-ci ilə qədər müqavilə imzalanıb. İtaliyanın U-19 millisinin üzvü olan futbolçu "Roma"dan transfer edilib və "Benfika"nın B komandasında forma geyinəcək.
O, 2024/2025 mövsümündə "Roma"nın U-20 komandasının heyətində meydana çıxdığı 38 oyunda 14 qol vurub. İki dəfə (2022/2023 və 2023/2024) gənclər arasında İtaliya çempionatının qalibi olub.
F.Koletta 17 yaşadək futbolçular arasında Avropa çempionu tituluna da malikdir. O, 2024-cü ildə keçirilən turnirin finalında, İtaliyanın Portuqaliya üzərində 3:0 hesablı qələbə qazandığı görüşdə 1 qol vurub.