Sabah” bu gecə “Qarabağ” üçün çempionluq dəhlizi açacaq?

14 Aprel 15:15 Dünya futbolu 1 123
Sabah” bu gecə “Qarabağ” üçün çempionluq dəhlizi açacaq?

“Qarabağ” “Kəpəz”lə oyunda qazandığı parlaq qələbə ilə 11-ci çempionluğunu rəsmiləşdirdi.

Ağdamlılar həmin görüşdən sonra ölkə kubokunun yarımfinal mərhələsində “Neftçi”nin qonağı olub, doğma meydanda “Səbail”i qəbul edib.

Çempionluğu rəsmiləşdirəndən sonra Premyer Liqada ilk səfər görüşündə “Sabah”ın qonağı olacaq.

Bunu düşünəndə ağıllara mümkün çempionluq dəhlizi gəlir. Dünya futbolunda, hətta ölkəmizdə də mövsüm başa çatmamış çempion olan komanda üçün dəhliz açılmasının şahidi olmuşuq.

Lakin “Sabah” bunu etməyəcək. Klubun mətbuat katibi Elnur Həmidovdan aldığımız məlumata görə, belə bir plan nəzərdə tutulmayıb.

Aprelin 14-də “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Qarabağ” qarşılaşması saat 19:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU