“Bu, bizi narahat edir, ona vaxt vermək istəyirik”

4 Sentyabr 2024 01:40 Dünya futbolu 374
“Bu, bizi narahat edir, ona vaxt vermək istəyirik”

Niderland millisinin baş məşqçisi Ronald Kuman yaydan bəri sıradan çıxan komandanın yarımmüdafiəçisi Frenki de Yonqun durumundan danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, futbolçunun hələ məşq üçün hazır olmadığını bildirib:

“De Yonq hələ hazır deyil, bu, bizi narahat edir. Onun zədə almasından xeyli vaxt keçib.

O, yaxşılaşır, amma hələ də hazır deyil. De Yonqun dizi nəzərəçarpacaq dərəcədə zədələnib.

Ona görə də onu gözləmək və lazımi qaydada sağalmağı üçün ona vaxt vermək istəyirik”.

27 yaşlı yarımmüdafiəçi son Avropa çempionatında komandasına kömək edə bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”