“Real” birinci, MS ikinci, “Barselona” üçüncü... Ən dəyərli futbol brendləri

17 İyul 2024 18:40 Dünya futbolu 803
“Real” birinci, MS ikinci, “Barselona” üçüncü... Ən dəyərli futbol brendləri

“Brand Finance” dünyanın ən dəyərli futbol brendlərinin reytinqini tərtib edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, birinci yerdə “Real” qərarlaşıb.

“Kral klubu” ötən il bu reytinqdə ikinci yeri tutsa da, indi zirvəyə yüksəlib. İngiltərənin “Mançester Siti” klubu isə ikinci pilləyə düşüb.

3-5-ci yerlərdə heç bir dəyişiklik yoxdur: onları müvafiq olaraq “Barselona”, “Mançester Yunayted” və “Liverpul” tutur. İlk 10-luqda “Bayern”, PSJ, “Arsenal”, Tottenhem” və “Çelsi” yer alıb.

“Real” 2024-cü ildə bir neçə kubok, xüsusən də, Çempionlar Liqası kubokunu qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM