
Ekvador millisinin baş məşqçisi Qustavo Alfaro postundan ayrılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə Ekvador Futbol Federasiyası məlumat yayıb.
60 yaşlı mütəxəssislə başa çatan müqaviləni yeniləməyə ehtiyac duyulmayıb.
2020-ci ildə Ekvador yığmasının “sükanı arxasına” keçən argentinalı məşqçi komandanı Qətərdə baş tutan dünya çempionatına aparıb.
Ekvador millisi DÇ-2022-nin qrup mərhələsində 4 xal toplasa da, növbəti raunda yüksələ bilməyib.