İtaliya Azərbaycana qoşula bilmədi: "Təminat verə bilmərik"

9 Aprel 2021 12:40 Dünya futbolu 1 025
İtaliya Azərbaycana qoşula bilmədi: "Təminat verə bilmərik"

İtaliya Milli Olimpiya Komitəsinin prezidenti Covanni Malaqo ölkəsinin Avro-2020-nin paytaxt Romada keçirilək oyunları üçün azarkeşlərlə bağlı təminat verə bilməyəcəyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, “Footbal Italia”ya danışan komitə rəhbəri vaxtın az olduğunu bildirib:

“Bəzi tədbirlərin azarkeşlə və ya azarkeşsiz keçiriləcəyini əminliklə deyə bilərik. Amma indiki vəziyyətdə azarkeşlərin iştirakına dair sərt tələb var. Problem ondadır ki, indi biz insanların stadionlara girişinə təminat verə bilmərik".

UEFA Avro-2020-yə ev sahibliyi edəcək şəhərlərə azarkeşlərlə bağlı planlarını müəyyənləşdirmək üçün son müddəti aprelin 7-dən 28-dək uzadıb.

Azərbaycan Avro-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunları üçün UEFA-ya təminat verib.

Dörd oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər (35 minə yaxın) azarkeş iştirak edə biləcək. 11 iyun – 11 iyul tarixlərində keçiriləcək Avro-2020-nin qrup mərhələsinin 3, 1/4 finalın isə bir oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir.

Digər Xəbərlər
Xəbər Lenti