Braziliya millisinin lideri Neymar DÇ-2022 öncəsi açıqlama verib.
Sportinfo.az xəbər verir ki, 30 yaşlı hücumçu PSJ-dən komanda yoldaşı olan Lionel Messi ilə dünya çempionatı ilə bağlı söhbət etdiklərini deyib.
Neymar söhbət zamanı Braziliyanın çempion olacağını bildirib:
"Hər kəsin dünya çempionatı ilə bağlı ümidləri var. Messi ilə mundialla bağlı çox danışmamışıq.
Amma ona "birlikdə final oynayacağıq və mən çempion olacam" dedim. Buna xeyli gülmüşdük".

