"Əgər biz dünya çempionatını hər il keçirsək..." - Prezidentin dəlilləri

19 Oktyabr 2021 21:40 Dünya çempionatı 505
"Əgər biz dünya çempionatını hər il keçirsək..." - Prezidentin dəlilləri

FİFA prezidenti Canni İnfantino növbəti dəfə DÇ-nin iki ildən bir keçirilməsi ideyası haqda danışıb.

Sportinfo.az xəbər verir ki, İnfantino bunun futbolunun populyarlığına təkan verəcəyini bildirib. O fikrini belə əsaslandırıb:

“Mundialın iki ildən bir keçirilməsinin çox faydalı olacağı mənə aydın görünür. Bu, daha yüksək səviyyəli rəqabət deməkdir.

Bu, dünyada ümid və sensasiya yaratmaq üçün əla vasitədir. Dünya çempionatının 4 ildən bir keçirilməsi haqda qərar veriləndə cəmisi 40 komanda vardı, indi isə 211-dir.

Danışıqlar gedir ki, mundialı 5 ölkə təşkil etsin. Əgər biz dünya çempionatını hər il keçirsək, onda 20 il ərzində 100 ölkə mundiala ev sahibliyi edəcək”.

Digər Xəbərlər
Xəbər Lenti