Avropa çempionatının təşkilatçılığı Bakıya verildi

4 İyun 14:50 Digər növlər 112
Avropa çempionatının təşkilatçılığı Bakıya verildi

İdman gimnastikası üzrə həm kişilər, həm də qadınlar arasında Avropa çempionatı bu il Bakıda keçiriləcək.

Sportinfo.az Avropa Gimnastikasının rəsmi saytına istinadən xəbər verir ki, kişilərin mübarizəsi 9 - 13 dekabrda, qadınların yarışı 17 - 20 dekabrda olacaq.

Hər iki çempionat Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.

Bundan başqa Ukraynanın paytaxtı Kiyevdə keçirilməli olan bədii gimnastika üzrə Avropa çempionatı 26 - 29 noyabra təxirə salınıb.

İdman gimnastikası üzrə kişilər arasında Avropa çempionatı 27 - 31 mayda Bakıda, qadınların analoji yarışı 30 aprel - 3 mayda Fransanın paytaxtı Parisdə keçirilməli idi. Bədii gimnastların qitə çempionatı isə 21 - 24 mayda nəzərdə tutulmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 22:40 "Sabah" ona iş verdi
8 İyul 10:24 Bravo qazandırır!
8 İyul 00:00 "Qarabağ"dan QORXURLAR!