İstanbulda əla nəticə

17 Fevral 2020 09:00 Digər növlər 565
İstanbulda əla nəticə

Azərbaycan atletləri Türkiyədə keçirilən "İstanbul kuboku" turnirində uğurla iştirak ediblər.

Sportinfo.az xəbər verir ki, Nazim Babayev üç təkanla tullanma növündə 16,92 metr nəticə göstərərək çempion olub.

Atletikanın bu növündə çıxış edən digər atletimiz Yekaterina Sarıyeva isə 13,26 metr nəticə göstərərək qadınların yarışında bürünc medal qazanıb.

Bu, Sarıyevanın bir həftə ərzində qazandığı 2-ci bürünc medal olub. O, daha əvvəl İstanbulda keçirilən Balkan çempionatında da 3-cü yeri tutmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti