Milli Gimnastika Arenasında "Winter Fairytale" keçirildi

03:30 Digər növlər 102
Milli Gimnastika Arenasında "Winter Fairytale" keçirildi

Milli Gimnastika Arenasında "Winter Fairytale" beynəlxalq turniri keçirilib.

Sportinfo.az xəbər verir ki, yarışda 9 ölkədən 28 klubun ümumilikdə 262 gimnastı mübarizə aparıb.

Gimnastlar müxtəlif yaş kateqoriyaları üzrə (2010–2011, 2012, 2013, 2014, 2015, 2016, 2017, 2018–2019-cu il təvəllüdlülər) alətsiz proqramla yanaşı, lent, halqa, top, gürzlər və ip növlərində çıxış ediblər.

Proqramların sonunda müxtəlif kateqoriyalarda fərqlənən gimnastlar mükafatlandırılıblar.

Turnirin son günü isə xüsusi bir hadisə ilə yadda qalıb. İsrailin məşhur bədii gimnastı, Olimpiya çempionu Linoy Aşram turnir iştirakçıları üçün "ustad dərsi" keçib.

Dünya gimnastikasının ən parlaq adlarından biri olan Linoy dərs zamanı gənc gimnastlarla öz idman yolu, nailiyyətləri və bu yolda qarşılaşdığı çətinliklər barədə danışıb.

Daha sonra praktiki məşq hissəsinə keçərək idmançılara yeni texniki nüanslar və elementlərin icrasını öyrədib. Gənc gimnastların böyük maraqla izlədiyi "ustad dərsi" turnirə xüsusi rəng qatıb və iştirakçılar üçün unudulmaz təcrübəyə çevrilib.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu