"Bu, çox eybəcər bir şou olacaq" - Sadıxov qarşı çıxdı

08:20 Digər növlər 82
"Bu, çox eybəcər bir şou olacaq" - Sadıxov qarşı çıxdı

Azərbaycanlı MMA döyüşçüsü Nazim Sadıxov iki UFC çempionu, dağıstanlı İslam Mahaçevlə gürcüstanlı İlya Topuriya arasında mümkün döyüş ideyasına qarşı çıxıb.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı idmançı bu barədə "Inside Fighting"ə müsahibəsində danışıb.

"Əvvəlki çəkidə titulu müdafiə etmədən digər çəki üzrə kəmər döyüşünü keçirmək doğru deyil. Yaxşı, təsəvvür edək ki,

Topuriya yarımorta çəkiyə yüksələrək Mahaçevi məğlub edir. Növbəti nədir?

Birbaşa orta çəkiyə keçir? Qoy yüngül çəkidə bir neçə dəfə titulunu müdafiəsi etsin.

O, Mahaçevin bir vaxtlar olduğu kimi dominant çempion olmalıdır. Əgər İlya indi 77 kq-a qədər irəliləsə, bu, çox eybəcər bir şou olacaq", - deyə Sadıxov bildirib.

İslam Mahaçev UFC-nin yarımorta, İlya Topuriya isə yüngül çəki dərəcəsinin kəmərinə sahibdir.

Nazim Sadıxov növbəti döyüşünü dekabrın 7-də, ABŞ-nin Las-Veqas şəhərində baş tutacaq UFC 323 turnirində fransalı Fares Ziama qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 23:40 “Final? Biz istəyirik”
27 Noyabr 19:00 Belə klub idarə edilməz!
27 Noyabr 18:10 Çək və bizə göndər!