2026-cı ildə Azərbaycan Qran-prisində sprint yarışı olmayacaq - "Formula 1"

04:30 Digər növlər 64
2026-cı ildə Azərbaycan Qran-prisində sprint yarışı olmayacaq -

2026-cı ildə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisində sprint yarışı olmayacaq.

Sportinfo.az xəbər verir ki, bu, Beynəlxalq Avtomobil Federasiyasının (FIA) turnirlə bağlı açıqladığı təqvimdə əksini tapıb.

Bu, Çin, ABŞ, Kanada, Böyük Britaniya, Niderland və Sinqapurdakı mərhələlərdə baş tutacaq. Kanada, Niderland və Sinqapur ilk dəfə bu formatda yarışlara ev sahibliyi edəcək.

2023-cü ildə Azərbaycan Qran-prisində ilk sprint yarışı keçirilib və o vaxt "Red Bull"da çıxış edən Serxio Peres qalib olub. 2024-cü və 2025-ci ildə bu, mərhələnin təqvimindən çıxarılıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu