Avstraliyalı pilot: "Azərbaycan Qran-prisi ən sevimli yarışlarımdan biridir"

04:20 Digər növlər 54
Avstraliyalı pilot: "Azərbaycan Qran-prisi ən sevimli yarışlarımdan biridir"

"McLaren" komandasının avstraliyalı pilotu Oskar Piastri Bakı şəhər trassındakı yarışı "Formula 1" təqvimində ən sevimli yarışlardan biri hesab etdiyini bildirib.

Sportinfo.az xəbər verir ki, 2024-cü ildə avstraliyalı pilot Azərbaycan Qran-prisinin qalibi olub.

"Ferrari"dən monakolu Şarl Lekler ikinci, "Mercedes"dən britaniyalı Corc Rassel isə üçüncü yeri tutub.

"Bakı haqqında inanılmaz dərəcədə xoş xatirələrim var. Bu yarışı ən sevimli yarışlarımdan biri hesab edirəm.

Böyük uğur qazandığın trasa qayıdanda, həmişə üstünlüyə malik olursan", - 24 yaşlı pilot Azərbaycan Qran-prisi ərəfəsində bildirib.

Müasir "Formula 1"də ən perspektivli gənc istedadlardan biri hesab edilən Piastri qarşıdan gələn mərhələ ilə bağlı ambisiyalarını gizlətmir. O, Azərbaycan Qran-prisində ardıcıl ikinci qələbəyə hədəflənib.

Azərbaycan Qran-prisi sentyabrın 19-21-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu