Azərbaycanlı xanıma bu federasiyada yüksək vəzifə verildi

10 Mart 2023 02:40 Digər növlər 470
Azərbaycanlı xanıma bu federasiyada yüksək vəzifə verildi

Martın 8-də Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Avropa Xizək Alpinizmi Konsulluğunun Baş Assambleyası keçirilib.

Sportinfo.az xəbər verir ki, onlayn formatda təşkil edilən Baş Assambleyada qitə qurumuna seçkilər olub.

Səs vermənin nəticələrinə əsasən Azərbaycan Qış İdmanı Növləri Federasiyasının baş katibi Günel Bədəlova növbəti 4 il müddətinə Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Avropa Xizək Alpinizmi Konsulluğunun prezidenti seçilib.

Digər Xəbərlər
Xəbər Lenti