“Çelsi”nin hücumçusu Alexandro Qarnaço yay transfer dövründə komandadan ayrıla bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu London klubunda toxunulmaz hesab edilmir.
“Çelsi” sərfəli təklif alacağı təqdirdə, onu satmağa hazırdır. Ancaq klub Qarnaçonun icarəyə göndərilməsi variantını nəzərdən keçirmir və yalnız tamhüquqlu transferə razılıq verməyi planlaşdırır.
“Çelsi” Qarnaçonu ötən yay “Mançester Yunayted”dən 46 milyon avroya transfer etmişdi.
Argentinalı futbolçu ötən mövsümdə London təmsilçisinin heyətində bütün turnirlərdə 43 oyuna çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə verib.

