Azərbaycan gimnastı Dünya Kubokunda finala qaldı

10 Mart 2023 00:20 Digər növlər 227
Azərbaycan gimnastı Dünya Kubokunda finala qaldı

Bakıda təşkil edilən idman gimnastikası üzrə Dünya Kubokunun ilk günündə Azərbaycan təmsilçisi Nikita Simonov finala vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, o, təsnifatda halqalarla ən yaxşı nəticəyə imza atıb.

Simonov 14,733 göstərici ilə təsnifatı birinci pillədə tamamlayıb və finalda iştirak hüququna yiyələnib.

Azərbaycan millisinin digər üzvlərindən qadın gimnast Nazənin Teymurova dayaqlı tullanmada gücünü sınayıb. 16 yaşlı idmançı iki hərəkətin cəmində 12,449 xal toplayıb və 10-cu yeri tutub.

Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı İvan Tixonov paralel qollarda yarışıb. Onun hərəkəti 13,400 xalla qiymətləndirilib. 27 yaşlı gimnast 14-cü yerdə qərarlaşıb.

Samirə Qəhrəmanova isə martın 10-da mübarizəyə qoşulacaq.

İdman gimnastikası üzrə Dünya Kubokuna martın 12-də yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti