Azərbaycan millisinin heyəti test yarışları ilə müəyyənləşəcək

6 Mart 2023 08:30 Digər növlər 274
Azərbaycan millisinin heyəti test yarışları ilə müəyyənləşəcək

Üzgüçülük üzrə Azərbaycan millisinin heyəti test yarışları ilə müəyyənləşəcək.

Sportinfo.az xəbər verir ki, martın 10-11-də Bakı Su İdman Sarayında təşkil olunacaq yoxlama yarışlarının yekununa əsasən, yığmanın əsas və ehtiyat üzvləri formalaşacaq.

Bunu millinin baş məşqçisi Rəşad Əbdürrəhmanov federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Komanda hazırda Mingəçevir Kür Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçir. Hazırlıqlarda 24 üzgüçü və 4 məşqçi iştirak edir. Toplanış martın 3-dək davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti