Azərbaycanlı Nazənin də Dünya Kubokunda finala yüksəldi

2 Mart 2023 21:40 Digər növlər 483
Azərbaycanlı Nazənin də Dünya Kubokunda finala yüksəldi

Azərbaycanın daha bir idman gimnastı Qətərin Doha şəhərində idman gimnastikası üzrə keçirilən Dünya kubokunda finala yüksəlib.

Federasiyadan Sportinfo.az-a verilən məlumata görə, milli komandanın üzvü Nazənin Teymurova sərbəst hərəkətlərinin icrasında təsnifat mərhələsini 5-ci pillədə başa vurub.

Gimnast bu nəticə ilə adını finala yazdırıb.

Daha əvvəl Nikita Simonov halqalarla hərəkətlərin icrasında həlledici mərhələyə adlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti