Azərbaycan millisinin üzvü Dünya kubokunda finala çıxdı

2 Mart 2023 15:20 Digər növlər 474
Azərbaycan millisinin üzvü Dünya kubokunda finala çıxdı

Qətərin Doha şəhərində keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan millisinin üzvü Nikita Simonov finala vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Bildirilib ki, 27 yaşlı idmançı halqalarla hərəkətlərin icrasında təsnifat mərhələsini 4-cü pillədə başa vurub.

Bu, Simonovun finala adlaması üçün yetərli olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti