Bakıdan qızıl aparan braziliyalı qız “Həmin an əmin oldum ki…”

21 Fevral 2023 17:20 Digər növlər 589
Bakıdan qızıl aparan braziliyalı qız “Həmin an əmin oldum ki…”

“Bakıda qazandığım çempionluq tarixi nəticədir”.

Sportinfo.az xəbər verir ki, bunu Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokunun qadınlar arasında həm fərdi, həm də sinxron yarışlarında qızıl medal qazanan braziliyalı Kamilla Qomes ölkəsinin mətbuatına açıqlamasında deyib.

29 yaşlı Qomes finalda batut üzərinə ilk çıxan idmançı olsa da, elə həmin an fəxri kürsüyə qalxacağına əmin olduğunu bildirib:

“Bu medalları təkcə fərdi yox, həm də qadınların sinxron cütlərində əldə etdiyim üçün çox sevindim.

Fərdi finalda ilk olaraq mən yarışdım. Seriya çox yaxşı alındı. Həmin an medal alacağıma əmin oldum. Medalın əyarının qızıl olması isə əla nailiyyətdir”.

Milli Gimnastika Arenasında baş tutan Dünya Kubokunun fərdi yarışında Azərbaycanı təmsil edən Selcan Mahsudova bürünc medal qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti