Selcan Bakıdakı Dünya Kubokunda bürünc qazandı

20 Fevral 2023 02:40 Digər növlər 412
Selcan Bakıdakı Dünya Kubokunda bürünc qazandı

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Bakıda keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.

Sportinfo.az xəbər verir ki, 20 yaşlı idmançı Milli Gimnastika Arenasında təşkil edilən yarışın finalında üçüncü yeri tutub.

O, qadınlar arasında fərdi yarışda 52.910 göstəriciyə imza atıb. Dünya Kubokunun qalibi braziliyalı Kamilla Qomes (54.860) olub. Fransalı Lea Labrusse (53.970) gümüş mükafata yiyələnib.

Selcan Mahsudova 2022-ci ildə Bakıda keçirilən Dünya Kubokunda gümüş medal qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti