Sadıxov bu şəxsin vurub qaşını yardı - VİDEO+FOTO

19 Fevral 2023 22:40 Digər növlər 637
Sadıxov bu şəxsin vurub qaşını yardı - VİDEO+FOTO

Azərbaycanlı UFC döyüşçüsü Nazim Sadıxovun UFC-də debüt döyüşü uğurlu alınıb.

Sportinfo.az xəbər verir ki, ABŞ-ın Las Veqas şəhərində keçirilən "UFC Fight Night 219" turnirində 28 yaşlı idmançımız 3-cü raundda qalib elan olunub.

Buna səbəb onun amerikalı rəqibi İvan Elderin qaşının yarılması olub. Həkim döyüşün dayandırılmasını tələb edib və qalib Nazim elan edilib.

Bu qərar qarşı tərəfdən mübahisəyə səbəb olsa da, UFC prezidenti Deyna Vayt həkimin düzgün qərar verdiyini bildirmək üçün Elderin qaşının yarıldığı video və fotonu paylaşıb.

Bu, Nazim Sadıxovun peşəkar MMA karyerasında 8-ci, UFC-də ilk qələbəsi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti