Musayev dünyanın ən məşhur yarışmasında

12 Yanvar 2023 09:20 Digər növlər 558
Musayev dünyanın ən məşhur yarışmasında

Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Tofiq Musayevin dünyanın ən məşhur turnirlərindən biri olan “Bellator”dakı növbəti görüşünün vaxtı bəlli olub.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı idmançı Dünya Qran-prisində qüvvəsini sınayacaq.

Mükafat fondu 1 000 000 ABŞ dolları olan turnirdə Musayevlə yanaşı, rusiyalı Osman Nurməhəmmədov, Aleksandr Şabli, braziliyalı Ptriki Freyre (Pitbul), ABŞ təmsilçiləri Benson Henderson, Ey Cey Makki, Sidni Autlo və Tunis əsilli fransalı Mansur Barnaui də çıxış edəcək.

Qran-pri bu il martın 23-də start götürəcək.

Tofiq Musayev "Bellator"dakı ilk döyüşündə Sidni Autloya cəmi 27 saniyəyə nokautla qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti