AFFA-nın adamı bu federasiyaya baş katib təyin olundu

5 Yanvar 2023 02:00 Digər növlər 969
AFFA-nın adamı bu federasiyaya baş katib təyin olundu

Azərbaycan Pankration, Qrappinq və MMA Federasiyasının hesabat konfransı keçirilib.

Sportinfo.az xəbər verir ki, tədbir 2022-ci ilin yekunlarına həsr olunub.

Federasiya prezidenti Azad Əsgərov əldə olunan uğurlar barədə məlumat verdikdən sonra idarə heyəti və növləri üzrə vitse-prezidentlər müəyyənləşib.

AFFA-nın sabiq hüquqşünası, “Şamaxı”da icraçı direktor vəzifəsini yerinə yetirmiş Rəmiş Malıyev baş katib, Hüseynəli Abbaslı qrapplinq üzrə 1-ci vitse-prezident seçilib. Kamil Qocayev qrapplinq, Çingiz Kişiyev MMA, Rəşad Seyfəddinov MMA və pankration üzrə vitse-prezident olub.

Tədbirdə 2022-ci ilin ən yaxşıları da mükafatlandırılıb. Ən yaxşı idmançılar, həmçinin “İlin məşqçisi”, “İlin klubu”, “İlin hakimi” və “İlin Media qurumu” nominasiyaları üzrə qaliblər təltif edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti