"Belə şeylərin üzərində çalışıram ki, heç nə mənə mane olmasın"

27 Dekabr 2022 02:10 Digər növlər 422
"Belə şeylərin üzərində çalışıram ki, heç nə mənə mane olmasın"

"İlk dəfədir belə super mövsüm keçirirəm.

Əminəm ki, bu, son deyil və hər şey yeni başlayır.

Ən əsas vəzifə 1 ildən sonra olacaq. Bütün gücümü ora yönəltmişəm".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan sablyaçısı Anna Başta deyib.

Qılıncoynatma üzrə Avropa çempionu və dünya çempionatının gümüş medalçısı bildirib ki, yeni ildən ən böyük istəyi 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında qızıl medal qazanmaqdır:

"Apreldən təsnifat yarışları başlayacaq və 1 il davam edəcək. Ən önəmlisi mövsümə uğurlu başlamaq və heç bir rəqibimə şans verməməkdir".

Baştanın sözlərinə görə, milli komandanın lideri olması onun məsuliyyətini daha da artırır:

"Hər zaman mənə bunu deyirlər. Bacardığım qədər bu barədə düşünməməyə çalışıram. Çünki bu, çıxışıma mane ola bilər.

Trekə 1 nömrə kimi çıxanda səni daha yaxşı tanlıyırlar və başqa cür hazırlaşırlar. Buna görə də bir neçə addım irəli getməliyəm məni üstələməsinlər".

İdmançı hədəfə çatmaq üçün ona heç nəyin mane ola bilməyəcəyinə inanır:

"Yarışlarda yeganə rəqibimiz özümüzük. Bu, psixoloji və ya fiziki problemlərlə bağlı ola bilər. Belə şeylərin üzərində çalışıram ki, heç nə mənə mane olmasın.

Növbəti mövsümdə bütün mümkün xalları qazanmaq istəyirəm. Əminəm ki, bacaracağam. Çünki federasiya rəhbərliyi, məşqçilər və dostlarım Paris olimpiadasına hazırlıq baxımından mənə çox dəstək olur".

Başta deyib ki, Yelena Jemayevadan sonra Azərbaycanın top-sablyaçısı olmaq onun üçün hansısa təzyiq yaratmır:

"Əslində qazanılan ilk titulun təsadüf olmadığını göstərmək maraqlıdır. Bu, məni sevindirir. Bir daha məğlubiyyət hissini yaşamaq istəmirsən".

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi