"Əvvəlcə razılıq vermişdik, sonra özü imtina etdi"

25 Dekabr 2022 13:20 Digər növlər 384
"Əvvəlcə razılıq vermişdik, sonra özü imtina etdi"

Rusiyalı MMA döyüşçüsü Mehti Dakayev Nəriman Abbasovu duelə çağırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə azərbaycanlı idmançının şəxsi məşqçisi Şəhriyar Abbasov özünün feysbuk səhifəsində paylaşım edib.

Mütəxəssis bu döyüş üçün danışıqlar aparmağa hazır olduqlarını bildirib:

"Əvvəlcə bu görüşə razılıq vermişdik. Amma Mehti özü imtina etdi. Yəqin, Nərimanın son məğlubiyyəti onu ruhlandırıb".

Nəriman Abbasov son olaraq, ABŞ-ın Las-Veqas şəhərində keçirilən "Dana White’s Contender Series" (Deyna Vaytın İddiaçılar Seriyası) turnirində braziliyalı İsmael Bonfimə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti