Bölgə təmsilçilərinin iştirakı ilə məşqlər davam edir - Milli Gimnastika Arenasında

23 Dekabr 2022 00:00 Digər növlər 437
Bölgə təmsilçilərinin iştirakı ilə məşqlər davam edir - Milli Gimnastika Arenasında

Milli Gimnastika Arenasında Göyçay və İsmayıllı Olimpiya İdman Komplekslərinin bədii gimnastika bölməsinin üzvlərinin iştirakı ilə təlim-məşq toplanışı keçirilir.

Sportinfo.az xəbər verir ki, dekabrın 24-dək davam edəcək məşqlərin məqsədi bölgələrdə gimnastikanın inkişaf etdirilməsi, idmançıların hazırlıq səviyyəsinin gücləndirilməsidir.

İsmayıllı Olimpiya İdman Kompleksində 2015-ci ildən, Göyçay Olimpiya İdman Kompleksində isə 2017-ci ildən bədii gimnastika bölməsi fəaliyyət göstərir.

Bölgələrdə gimnastikanın inkişafı çərçivəsində müxtəlif regionlardan gimnastlar paytaxtda mütəmadi olaraq təlim-məşqlərdə iştirak edirlər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti