Sportinfo.az xəbər verir ki, Abşeron və Ağdaş Olimpiya İdman Komplekslərinin bədii gimnastika bölməsinin üzvləri Milli Gimnastika Arenasında keçirilən təlim-məşq toplanışında iştirak etmək üçün Bakıya səfər ediblər.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, dekabrın 17-dək davam edəcək məşqlərdə ümumilikdə hər iki komandadan 11 idmançı iştirak edir. Məşqlərin təşkilində məqsəd bölgələrdə gimnastikanın inkişaf etdirilməsi, idmançıların hazırlıq səviyyəsinin gücləndirilməsidir.
Abşeron Olimpiya İdman Kompleksində 2021-ci ildən, Ağdaş bölməsində isə 2015-ci ildən bədii gimnastika bölməsi fəaliyyət göstərir.

