Azərbaycan gimnastı qızıl medal qazandı - Almaniyada

11 Dekabr 2022 21:40 Digər növlər 623
Azərbaycan gimnastı qızıl medal qazandı - Almaniyada

Azərbaycanın bədii gimnastı Leyli Ağazadə Almaniyanın Leverkuzen şəhərində keçirilən "4-cü Qış kuboku" yarışında qızıl medal qazanıb.

Azərbaycan Gimnastika Federasiyasından Sportinfo.az-a verilən məlumata görə, milli komandanın üzvü lentlə hərəkətlərin icrasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Daha əvvəl Alina Məmmədova topla hərəkətlərdə ikinci yeri tutub.

Yarışa dekabrın 12-də yekun vurulacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti