"Anam tamaşa zalında idi və bu da mənə inam yaratdı"

14 Noyabr 2022 02:20 Digər növlər 816
"Anam tamaşa zalında idi və bu da mənə inam yaratdı"

Bədii gimnastika üzrə 27-ci Bakı çempionatının gümüş medalı yaxşı nəticədir.

Sportinfo.az xəbər verir ki, bu barədə Trend-ə 2012-ci il təvəllüdlü gimnastlar arasında keçirilən çempionatda çoxnövçülükdə ikinci yeri qazanan gənc gimnast Zəhra Tairova deyib.

"Nəticədən razıyam, qarşıdakı yarışlarda daha da yaxşı çıxış etmək üçün çox məşq etməyə davam edəcəyəm" gimnast dedi.

Bakı Gimnastika Məktəbinin yetirməsinin sözlərinə görə, çıxış zamanı yarışın tamaşaçıları ona böyük dəstək olublar.

"Təbii ki, həyəcan olur, amma tamaşaçıların dəstəyi kömək edir. Bu gün anam tamaşa zalında idi və bu da mənə inam yaratdı", - deyə gümüş mükafatçı əlavə edib.

Digər Xəbərlər
Xəbər Lenti