Müxtəlif ölkələrdən Azərbaycana qızıl gətirən 7 yaşlı istedadlı Nilay - FOTOLAR

3 Noyabr 2022 09:40 Digər növlər 462
Müxtəlif ölkələrdən Azərbaycana qızıl gətirən 7 yaşlı istedadlı Nilay - FOTOLAR

Son 20 ildə Azərbaycan Gimnastika Federasiyası gimnastikanın ölkəmizdə təbliği, yeni istedadların üzə çıxarılması üçün çox işlər görüb.

Belə istedadlı yeniyetmələrdən biri də Nilay Pünhanlıdır.

7 yaşlı Nilay bədii gimnastika ilə məşğul olur. Valideynləri onun plastikasını, çevikliklə etdiyi qeyri-adi hərəkətləri müşahidə etdikcə, doğrudan da, xüsusi istedada malik olduğunu görürlər.

Bunu nəzərə alan ata-ata onu gimnastika məktəbinə yazdırır. “Pro sport” İdman Klubunun məşqçiləri Nilayın çox istedadlı olduğunu görərək, bir sıra respublika və paytaxt miqyaslı yarışlarda sınamaq qərarına gəlirlər.

O, müəllimlərinin ümidlərini qısa müddətdə doğruldaraq, müxtəlif uğurlara imza atır. Dəfələrlə respublika və paytaxt yarışlarında birinci yerə layiq görülür. Artıq balaca Nilay sərhədləri aşaraq, beynəlxalq turnirlərə də qatılmağa başlayıb.

Onun bu arenada uğurları bir-birini əvəz etməyə başlayıb. O, Rusiya, Macarıstan və BƏƏ-də keçirilən yarışların qızıl medallarına sahib olub.

Nilayın uğurları hələ qarşıdadır. İnanırıq ki, yeniyetmə idmançımız qarşısına qoyduğu məqsədə nail olacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"