Azərbaycan gimnastları beynəlxalq turnirdə qızıl medal qazandı

13 Oktyabr 2022 01:30 Digər növlər 409
Azərbaycan gimnastları beynəlxalq turnirdə qızıl medal qazandı

Çex Respublikasının Yablones nad Nisou şəhərində batut gimnastikası üzrə “Friendship-2022” beynəlxalq turniri keçirilib.

Sportinfo.az xəbər verir ki, 17 ölkədən 262 idmançının iştirak etdiyi yarışda ölkəmizi yığma komandamızın üzvləri Selcan Mahsudova, Maqsud Mahsudov və Hüseyn Abbasov təmsil ediblər.

Sinxron cütlüklər proqramında təsnifat mərhələsini birinci pillədə başa vuran idmançılarımız Maqsud Mahsudov və Hüseyn Abbasov həlledici mərhələdə də bütün rəqiblərindən üstün olaraq qızıl medal qazanıblar.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"