"Qarabağ"da qıcıq yaradacaq açııqlama: "Bu qərara görə sevinirik"

10 Sentyabr 2020 14:50 Çempionlar Liqası 1 683
"Qarabağ"da qıcıq yaradacaq açııqlama: "Bu qərara görə sevinirik"

"Molde" Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la oyunun Kiprin Larnaka şəhərinə salınması qərarına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, klubun direktoru Ole Erik Stavrum "Sporten.com" nəşrinə açıqlamasında bunun ən yaxşı həll yolu olduğunu söyləyib.

Onun sözlərinə görə, Kipr pandemiya baxımından sarı zonadır və gediş-gəliş zamanı komanda üzvləri karantinə alınmayacaqlar: "Amma vəziyyət dəyişə də bilər. Biz hər şeyə hazırıq. İstənilən halda, qərara görə sevinirik. Çünki uçuş və otel rezervasiyası barədə düşünməyə vaxtımız olacaq".

Sentyabrın 16-da "AEK Arena"da keçiriləcək "Qarabağ" - "Molde" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bu cütün qalibi pley-off mərhələsində "Dinamo" (Zaqreb, Xorvatiya) - "Ferentsvaroş" (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Bu raundun oyunları 22-23 və 29-30 sentyabr tarixlərində olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır