Cari mövsümün sonunda Premyer Liqa klubundan ayrılacaq - RƏSMİ

15:40 İngiltərə 101
Cari mövsümün sonunda Premyer Liqa klubundan ayrılacaq - RƏSMİ

“Mançester Siti”nin futbolçusu Bernardo Silva cari mövsümün sonunda klubdan ayrılacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə “şəhərlilər”in saytı məlumat yayıb.

Eyni zamanda 31 yaşlı yarımmüdafiəçi özü də açıqlama verərək ayrılığı təsdiqləyib.

Bernardo “Mançester Siti” ilə gözəl anlar yaşadığını bildirib və azarkeşlərə təşəkkür edib. Klub da öz növbəsində portuqaliyalı futbolçuya uğurlar arzulayıb.

Bernardo Silva 2017-ci ildən “Mançester Siti”də oynayır. O, İngiltərə klubu ilə 451 matça çıxıb, 6 Premyer Liqa, 1 Çempionlar Liqası, 1 UEFA superkuboku, 2 ölkə kuboku, 1 klublararası dünya çempionatı da daxil olmaqla, ümumilikdə 19 kubok qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti