“Neftçi” və “Abşeron”dan sonra "Sabah" da yarımfinalda

03:10 Basketbol 75
“Neftçi” və “Abşeron”dan sonra "Sabah" da yarımfinalda

"Sabah" Azərbaycan Basketbol Liqasında yarımfinala vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, komanda buna 1/4 final mərhələsinin ikinci oyununda "Naxçıvan"ı məğlub etməklə nail olub.

Bakı İdman Sarayında reallaşan qarşılaşma 97:86 hesabı ilə yekunlaşıb.

İlk görüşdə "Sabah" 106:74 hesabı ilə üstün olub.

Günün ilk matçında "Abşeron Lions" "Şəki"ni məğlub edərək (105:94, ilk oyun - 109:78) növbəti raunda yüksəlib.

"Gəncə" "Ordu"nu 85:78 (ilk oyun - 106:108) "Neftçi" NTD-ni 119:99 (ilk oyun - 94:97) hesabı ilə məğlub edib.

Bu cütlərdə üçüncü qarşılaşma baş tutacaq. Reqlamentə əsasən, 1/4 finalda iki qələbə qazanan komanda növbəti mərhələyə adlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 17:30 Çək və bizə göndər!
17 Aprel 08:20 "Səhvə yol verdiyim"