“Bu, həyatımda vacib qərarlardan biri idi, ailəm üçün çox darıxırdım”

01:40 İngiltərə 67
“Bu, həyatımda vacib qərarlardan biri idi, ailəm üçün çox darıxırdım”

“Portu”nun müdafiəçisi Tyaqo Silva 2024-cü ildə “Çelsi”dən ayrıldığı dönəmlə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az “The Sun”-a istinadən xəbər verir ki, braziliyalı "Çelsi”nin onun karyerasında çox mühüm mərhələ olduğunu bildirib:

“Bu, həyatımda çox vacib qərarlardan biri idi. Ailəm Londonda qalarkən Braziliyaya qayıtmaq asan olmadı. Onlar üçün çox darıxırdım və ayrılığın daha asan olacağını düşünürdüm”.

Silva “Çelsi”yə 2020-ci ildə, azad agent kimi PSJ-dən keçib və 2024-cü ilə qədər London klubunda çıxış edib. O, bu müddət ərzində 155 oyuna çıxaraq 9 qol vurub və 5 məhsuldar ötürmə verib.

41 yaşlı futbolçu “Çelsi” ilə birlikdə UEFA Çempionlar Liqasının, UEFA superkubokunun və Klublararası dünya çempionatının qalibi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 17:30 Çək və bizə göndər!
17 Aprel 08:20 "Səhvə yol verdiyim"