II Liqada XXII tura start verilib.
Çempionatda qalmaq mücadiləsi verən "Araz Saatlı" evdə "Göygöl"ü qəbul edib.
Tribunası boş doğma stadionda erkən qola sevinən meydan sahibləri, ümumiyyətlə, matç ərzində fərqi artırmaq üçün xeyli fürsət yaxalayıb.
Əlverişi fürsətləri bir-birinin ardınca "xərcləyən" Şəhriyar Məmmədovun komandası iki dəqiqə ərzinə (83-84) şok yaşayıb. Öncə penaltidən hesabı bərabərləşdirən qonaqlar ardınca Ülvi Cəlilovla önə keçib.
Son dəqiqələrdə hücuma atılan aran təmsilçisinin bəxti yenə gətirməyib. Hətta epizodların birində top "Göygöl"ün müdafiəçisinin əlinə dəysə də, referi Nahid Xasıyev «onbirmetrə»ni göstərməyib.
Baş hakimin final fitindən sonraə isə ara qarışıb. "Araz"ın müdafiəçisi Rüstəm Rüstəmovun rəqibin yaxasından yapışıb yerə yıxmasıyla iki komanda arasında vəziyyət gərginləşib.
Belədə, polis hadisəyə müdaxilə etməli olub. Onlar davaya qarışan "Göygöl"lü oyunçulardan birini meydandan kənarlaşdırıb.
Bu nəticədən sonra "Göygöl" 18 xalla 10-cu, "Araz Saatlı" isə 11 xalla sonuncu-onikinci sırada yer alıb.
SPORTİNFO.AZ
"Araz Saatlı" - "Göygöl" 1:2
Saatlı OİK stadionu. 50 tamaşaçı
Baş hakim: Nahid Xasıyev
Baş hakimin köməkçiləri: Əhməd Əhmədsoy, Cavid Ömərov
Dördüncü hakim: Nəriman Ağayev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
Sarı vərəqələr: Mehman Məsimov, 40 (oyunun bərpasının ləngidilməsi); Fuad Əhmədov, 77 (qeyri-idman hərəkəti); Xəyal Bədirov, 90+1 (hakimin qərarına etiraz); Rüstəm Rüstəmov, oyundan sonra (qeyri-idman hərəkəti) // Sənan Həsənov, 19 (qeyriidman hərəkəti); Cavid Abbasov, 75 (qeyri-idman hərəkəti); Nail Təhməzli, 84 (qeyriidman hərəkəti); Ülvi Cəlilov, 87 (qeyri-idman hərəkəti); Kamal Həsən-pur, oyundan sonra (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Zakir Quliyev (“Araz Saatlı”), 86 (hakimin qərarına etiraz)
Qollar: Elariz Xəlilli, 9 // Fərid Məmmədov, 83 (p.); Ülvi Cəlilov, 84
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.
“Araz Saatlı”
1. Ülvi Mehrəliyev
2. Coşqun Əsədzadə
10. Mehman Məsimov
7. Xəyal Bədirov (k)
27. Samir Məmmədov
(49. Pərviz Eyvazov, 86)
11. Elariz Xəlilli
3. Rüstəm Rüstəmov
13. Həmzə Əliyev
17. Rəvan Əvəzov
22. Fuad Əhmədov
20. Yaqub Yusubov
(21. Nizami Səmədov, 56)
Ehtiyat oyunçular
16. Peyman Səmədli
5. Valeh Əzizli
6. Rufaq Hqüseynov
8. Əbülfəz Əlizadə
Baş məşqçi: Şəhriyar Məmmədov
“Göygöl”
1. Nicat Əmirxanov
7. Nail Təhməzli
(19. Ruslan Məmmədov, 65)
95. Cavid Abbasov
14. Ülvi Cəlilov (k)
(2. Surac Nəcəfov, 90)
77. Fərid Məmmədov
5. Taleh Hüseynzadə
8. Kamal Həsən-pur
4. Sərcan Omarov
15. Sənan Həsənov
6. Seymur Fərəci
22. Sənan Kərimov
Ehtiyat oyunçular:
12. Tofiq Mehdiyev
10. Elcan Rəhimov
33. Kənan Allahverdiyev
20. İsmayıl Məmmədov
18. Araz Quliyev
16. Heydər Hüseynli
21. Səid Həsənov
Məşqçi: Bilal Mehdiyev

