Bu gün “Qaradağ”ın canı ağrıyacaq, yoxsa “Xankəndi”nin? - Üç stadiondan CANLI YAYIM

13:00 II Divizion 192
Bu gün “Qaradağ”ın canı ağrıyacaq, yoxsa “Xankəndi”nin? - Üç stadiondan CANLI YAYIM

Bu gün II Liqada 22-ci tur start götürəcək.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçiriləcək.

Turnir cədvəlində liderlər savaşına çıxan «Xankəndi» və «Qaradağ Lökbatan» eyni gündə meydana ayaq basacaq.

Qarabağ bölgəsinə aid şəhərin komandası «Dinamo»nu sınağa çəkəcəksə, qəsəbə təmsilçisi «Quba»nı udmağa çalışacaq.

Sponsorunu itirən «Şəki» isə Zaqatalada «Ağstafa Gəncləri» ilə üz-üzə gələcək.

“Xankəndi” – “Dinamo”
Hakimlər: Ceyhun Hüseynov, Məmmədəli Kərimov, Ruslan Babayev, Hacıağa Həsənov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Azər Əsgərov
Palms Sports Futbol Mərkəzi (IV meydança), 13:00


“Qaradağ Lökbatan” – “Quba”
Hakimlər: Səbuhi Bayramov, Sevda Nuriyeva, Tural Bayramov, Rasim Musayev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Nəriman Axundov
Lökbatan OİK stadionu, 16:00


“Sheki City” – “Ağstafa Gəncləri”
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Rizvan Süleymanov, Kamil Aydınov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Zaqatala OİK stadionu, 16:00

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti