İkinci finalçının adı müəyyənləşdi - Yüksək Liqada

03:20 Voleybol 106
İkinci finalçının adı müəyyənləşdi - Yüksək Liqada

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ikinci finalçı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, "Turan" və "Gəncə" kollektivləri arasında baş tutan yarımfinal matçı birincilərin qələbəsi ilə yekunlaşıb.

Tovuz Olimpiya İdman Kompleksində keçirilən oyun ev sahiblərinin 3:0 (25:18, 25:18, 25:18) hesablı üstünlüyü ilə bitib.

Tovuz komandası birinci görüşdə də rəqibinə eyni hesabla qalib gəlmişdi.

"Turan" finalda "DH Volley"lə münasibətlərə aydınlıq gətirəcək. "Gəncə" isə üçüncü yer uğrunda görüşdə "Milli Aviasiya Akademiyası" ilə qarşılaşacaq.

Reqlamentə əsasən, yarımfinal mərhələsi ev və səfər prinsipi ilə iki oyundan ibarətdir. Nəticəyə əsasən komandaların qələbə sayı bərabər olarsa, qalibi müəyyənləşdirmək üçün "qızıl set" oynanılır.

Bürünc və qızıl medal uğrunda həlledici qarşılaşmalar isə cəmi bir oyundan ibarət olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 Aprel 18:10 Çək və bizə göndər!