Premyer Liqa tarixində ən yaxşı 10 yarımmüdafiəçi - Məşhur seçim etdi

14 Aprel 21:40 İngiltərə 568
Premyer Liqa tarixində ən yaxşı 10 yarımmüdafiəçi - Məşhur seçim etdi

İngiltərə millisinin və “Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager Premyer Liqa tarixinin ən yaxşı mərkəz yarımmüdafiəçilərinin adlarını açıqlayıb.

Sportinfo.az “Daily Mail”-ə istinadən xəbər verir ki, onun siyahısının ilk pilləsində Stiven Cerrard qərarlaşıb.

İkinci yerdə Roy Kin, üçüncü pillədə isə hazırda da çıxışını davam etdirən Kevin De Bruyne yer alıb.

İlk "10-luq" belədir:

Stiven Cerrard, Roy Kin, Kevin De Bruyne, Patrik Vieyra, Frenk Lampard, Nqolo Kante, Pol Skoulz, Yaya Ture, Rodri, Sesk Fabreqas.

Siyahıda yer alan futbolçulardan üçü – Kevin De Bruyne, Nqolo Kante və Rodri karyeralarını davam etdirirlər.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?