“Bornmut”un müdafiəçisi Markos Senesi “Yuventus”a keçməkdən imtina edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq 28 yaşlı futbolçu Turin təmsilçisinin təklifini geri çevirib.
O, həmçinin, Dortmund “Borussiya”sına da rədd cavabı verib.
“Yuventus” argentinalı oyunçuya müddəti 2030-cu ilin ortalarına qədər nəzərdə tutulan müqavilə ilə illik 3 milyon avro maaş təklif edib. Ancaq bu şərtlər onu qane etməyib.
Senesi yeni klubunda təxminən 5 milyon avro qazanmaq niyyətindədir. Bundan əlavə, onun əsas hədəflərindən biri çıxışını İngiltərə Premyer Liqasında davam etdirməkdir.

