"Qəbələ" legioneri Prins Ovusu ilə müqavilənin müddəti uzadıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı vingerin yeni sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.
Q!analı futbolçu “Qəbələ”nin heyətində keçirdiyi 29 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə verib. O, ötən mövsüm “Qəbələ”nin U-19 komandasında çıxış edib.

