"Ayntraxt"dan Bakıda heç kim danışmayacaq, məşq keçməyəcək

"Ayntraxt"dan Bakıda heç kim danışmayacaq, məşq keçməyəcək

"Ayntraxt" Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda "Qarabağ"la matçdan öncə Bakıda açıq məşq və mətbuat konfransı təşkil etməyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə "Qarabağ"ın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Frankfurt təmsilçisinin mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi Almaniyada keçiriləcək.

Yanvarın 21-də, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq “Qarabağ” – “Ayntraxt” görüşü saat 21:45-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Yanvar 08:20 "Neftçi"nin kefi kökəldi